“Bizim müsahib” rubrikasında növbəti yazını oxucuların müzakirəsinə təqdim edirəm. Bu dəfə suallarımızı Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev cavablandırır.
Dünən göndərilən suallar bu gün cavablandırılıb. Cavabların qısa, ancaq kokret şəkildə cavablandırılması diqqəmizdən qaçmadı.
Bacarığı və işgüzarlığı, habelə bələdiyyə institutunun inkişafına daim dəstək olmasıyla seçilən sədrlərimizdən olan Yaşar Abdulayevlə müsahibəni Sizin müzakirənizə təqdim edirəm:
-Rəhbərlik etdiyiniz bələdiyyənin qarşılaşdığı problemlərin həllini necə görürsünüz?
-Maraqlı sualdır. Qısa şəkildə bizi narahat edən bəzi problemlərə toxunum. Bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnun tanınması proseduru bir ilədək çəkir. Bələdiyyə ərazisindəki torpaqlara dövlət reyestrindən çıxarış verilməsi bu prosesin sürətlənməsinə imkan verərdi. Bununla yanaşı vergi ödəyicilərinin əmlak və torpaq sahələri barədə məlumatların alınması əl çatan deyil. Bu barədə reyestr xidmətinə göndərilən sorğu gec cavablandırılır. Problemin həlli yolu bələdiyyə ilə reyestr xidməti arasında məlumatların mübadiləsini asanlaşdırmaqdı.Bu proses həyata keçirilmiş olsa problemlərimzin bir qismi də öz həllini tapar.
-Sədr olduğunuz bələdiyyədə vergi-uçot sistemi necə qurulub, sistemdə vergi ödəyiciləri tam əhatə olunubmu?
- Kəpəz bələdiyyəsində vergi-uçot sistemi uçot kitabcası və elektron baza əsasında qurulub. Baza məlumatları BAMS sistemində öz əksini tapmışdır. Həmin sistemdə vergi ödəyicilərinin məlumatları tam əhatə olunmayıb, buna səbəb isə vergi odəyicisinin mülkiyyət hüququnu təsdiq edən sənədi bələdiyyəyə vaxtında təqdim etməməsidir. Hazırda bu prosesin yalnız 60% -dən hissəsi icra edilmişdir. Bələdiyyənin vergi xidməti bu istiqamətdə ciddi işlərlə yanaşı əhali arasında maarifləndirməni daim həyata keçirir.
- Qəbul edilən qanunlara hansı əlavələrin edilməsini təklif edərdiniz?
-Bələdiyyə torpaqlarının ayrılması və razılaşdırılması qaydaları haqqında əsasnaməyə yenidən baxılması lazımdır. Bununla bağlı qəbul edilmiş prosedur qaydalar günün tələblərinə cavab vermir.
-Sizə müraciət edən vətəndaşın daha çox hansı probleminin həllinə nail ola bilirsiniz?
-Bizə daha çox bu məsələlərlə bağlı müraciər edilir:
* Vətəndaşların istifadəsində olan bələdiyyə mülkiyyətinə aid olan torpaqların sənədləşməsi;
* Vətəndaşların maddi yardımla bağlı müraciətləri;
* Qəbirüstü abidələrin düzəldilməsi ilə bağlı müraciətlər;
* Sakinlərin mərasim zallarının təmiri ilə bağlı olan müraciətləri;
* Çox mərtəbəli yaşayış binaların həyatyanı sahələrində istirahət güşələrinin yaradılması ilə bağlı və s.kimi müraciətlər öz həllini tapmışdır.
- Bələdiyyənizin əgər DSMF-yə və digər orqanlara olan borcu varsa, onun silinməsi üçün hansı addımların atılmasına qərar vermisiniz?
- Kəpəz bələdiyyəsinin DSMF-yə və digər orqanlara borcu yoxdur və borcların silinməsinə dair bələdiyyə tərəfindən heç bir qərar verilməyib.
- Sizin rayonda icra-bələdiyyə münasibətləri hansı formada tənzimlənir?
- Bələdiyyələr və icra hakimiyyəti strukturları öz səlahiyyətlərinə aid olan məsələlərin həlli ilə məşğuldurlar və lazım olan halda birgə və ya qarşılıqlı tədbirlər həyata keçirirlər.
Belediyye.info